Azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək

Azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək
# 12 iyul 2016 04:33 (UTC +04:00)

Bakı-APA. Sankt-Peterburqun “Zenit” futbol klubunun sabiq azərbaycanlı oyunçusu Ramil Şeydayev karyerasını Türkiyənin "Trabzonspor" klubunda davam etdirəcək.

APA-nın məlumatına görə, bu barədə “Zenit-2” klubunun məşqçisi Vladislav Radimov özünün sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan əvvəl “Trabzonspor” R.Şeydayev ilə danışıqların aparılmasını təsdiqləmişdi.

Qeyd edək ki, ötən gün Rusiya vətəndaşı olan R.Şeydayevin Azərbaycan millisində çıxış etmək üçün AFFA ilə danışıqlar apardığı bildirilirdi.

Ötən il R.Şeydayev “Zenit”-in əsas heyətində 5, klubun ikinci heyətində isə 13 oyun keçirərək 10 qol vurub. 2013-cü ildə Rusiyanın U-17 yığmasının heyətində Avropa çempionu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR