COP26-nın Prezidenti: COP29 qarşısında duran suallara cavab tapmaqda ciddi əhəmiyyət daşıyır

COP26-nın Prezidenti: COP29 qarşısında duran suallara cavab tapmaqda ciddi əhəmiyyət daşıyır
# 15 mart 2024 11:17 (UTC +04:00)

Ölkələr bir araya gəlməli və iqlim dəyişmələri, qlobal istiləşmə istiqamətində əməlli addımları artırmalıdırlar.

APA xəbər verir ki, bunu XI Bakı Qlobal Forumunda "Xoş sözlərdən yaxşı əməllərə" adlı panel müzakirəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) Prezidenti Ser Alok Şarma deyib. O bildirib ki, vacib məsələlərdən biri ölkələrin götürdükləri öhdəliklərə əməl etməsidir.

Ser Alok Şarmanın sözlərinə görə, sıfır emissiyadan danışarkən nəzərə almaq lazımdır ki, bu həm də çox ciddi maliyyə deməkdir. O qeyd edib ki, özəl sektor da bu prosesə qoşulmalıdır.

"Bütün COP-lar önəmlidir. Bakıda keçiriləcək COP29 da qarşısında duran suallara cavab tapmaqda ciddi əhəmiyyət daşıyır", - deyə o çıxışı zamanı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR