Filippin Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib

Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markos

© APA | Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markos

# 30 may 2024 19:16 (UTC +04:00)

Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Siz sülh, tərəqqi və xalqın firavanlığı üçün yorulmadan çalışdığınız bir vaxtda biz bu əlamətdar hadisəni və ölkənizin nailiyyətlərini qeyd etməkdə Azərbaycan xalqına qoşuluruq.

Qoy, Filippin və Azərbaycan arasında tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın qarşılıqlı rifahı naminə inkişaf etməkdə davam etsin!

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR