Nazir: Sərmayələrin ekoloji mühiti dəstəkləyən sahələrə yönəldilməsi əhəmiyyətlidir

Nazir: Sərmayələrin ekoloji mühiti dəstəkləyən sahələrə yönəldilməsi əhəmiyyətlidir
# 17 yanvar 2024 11:42 (UTC +04:00)

Davos İqtisadi Forumu çərçivəsində keçirilən "COP28 və irəliyə aparan yol" sessiyasında Azərbaycanın "yaşıl" enerji təchizatçısına çevrilmək məqsədilə ortamüddətli dövr üçün hədəfləri istiqamətində həyata keçirilən tədbirlər və ölkəmizin dayanıqlıenerji potensialı barədə məlumat verilib.

APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Davos İqtisadi Forumu çərçivəsində keçirilən "COP28 və irəliyə aparan yol" sessiyasında Azərbaycanın "yaşıl" enerji təchizatçısına çevrilmək məqsədilə ortamüddətli dövr üçün hədəfləri istiqamətində həyata keçirilən tədbirlər və ölkəmizin dayanıqlıenerji potensialı barədə məlumat verdik. Sərmayələrin yüksək keyfiyyətli ekoloji mühiti dəstəkləyən sahələrə yönəldilməsinin əhəmiyyətini vurğuladıq. Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində səmərəli investisiya strategiyalarını və karbon tullantılarının sıfıra endirilməsini təşviq edən tərəfdaşlıqların dəstəklənməsinin iqlimdəyişiklikləri üzrə çağırışlara verəcəyi töhfələr barədə ilkin gözləntilərimizi ifadə etdik”, - paylaşımda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR