Ermənistanda 200 nəfər saxlanılıb

Ermənistanda 200 nəfər saxlanılıb
# 18 iyul 2016 01:53 (UTC +04:00)

Bakı-APA. Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb.


APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda onlardan 50-si sərbəst buraxılıb.


Məlumata əsasən, hüquq-mühafizə orqanları onların “Təsis Parlamenti” təşkilatı və Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.


Xatırladaq ki, iyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən silahlı şəxslər 7 nəfəri girov saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR