TÜBİTAK rəhbəri: Azərbaycanın COP29-u layiqli formada keçirməsinə dəstək olacağıq

TÜBİTAK rəhbəri: Azərbaycanın COP29-u layiqli formada keçirməsinə dəstək olacağıq
# 29 fevral 2024 13:43 (UTC +04:00)

2023-cü il dünyada ən isti il olaraq qəbul edilir, temperatur ortalamasi 1.66 dərəcə olub.

APA xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandal bu gün AMEA-da keçirilən Ümumi yığıncaqda deyib.

O bildirib ki, temperatur artımında ortalama olaraq 1.50 dərəcə təhdid olaraq qəbul edilir:

"Yaşadığımız coğrafiya bu proseslərə Türkiyə və Azərbaycanın birgə yanaşmasını tələb edir. Bu cür önəmli qlobal istiləşmə, iqlim dəyişikliyi şəraitində bu il Azərbaycanda COP29 kimi vacib tədbirin keçirilməsi çox kritikdir. Türkiyə olaraq Azərbaycanın yanında olaraq COP29-un layiqli formada keçirilməsinə dəstək olacağıq".

O əlavə edib ki, COP28-də qəbul olunan qərarların tətbiqi müzakirə olunarkən artıq iqlimdə ciddi dəyişikliklərin, istiləşmənin davam etməsi təəssüf doğuran haldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR