Paşha Bank
Bank Of Baku

Bakıda ölmüş atasının avtomatını polisə təhvil verməyən şəxs saxlanılıb

Bakıda ölmüş atasının avtomatını polisə təhvil verməyən şəxs saxlanılıb
# 28 mart 2019 12:28 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən ONA-ya bildirilib ki, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Maarif Kərimov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “AK” markalı avtomat silah, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. M.Kərimov ifadəsində odlu silah-sursatın ona atasından qaldığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı Maarif Kərimov barəsində 13-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR