Bank Of Baku

“Bitcoin”in qiyməti 78 min dollara kimi enib

“Bitcoin”in qiyməti 78 min dollara kimi enib
# 30 oktyabr 2026 08:58 (UTC +04:00)

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. “Bitcoin”in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 2,03% ucuzlaşaraq 78 176,56 ABŞ dollarına enib. Kriptovalyutanın qiyməti son 7 gündə 4,17%, son 30 gündə isə 6,17% azalıb.

“Ethereum” 3,05% ucuzlaşaraq 2 237,85 dollara, BNB 4,20% azalaraq 716,01 dollara düşüb. “Bittensor” 4,31% dəyər itirərək 236,96 dollara, “Quant” isə 3,81% geriləyərək 184,23 dollara enib.

Bununla yanaşı, bəzi kriptovalyutalarda bahalaşma müşahidə olunub. “Zcash” 3,27% artaraq 1 278,53 dollara, “Monero” 4,01% yüksələrək 608,90 dollara, “Bitcoin Cash” isə 1,94% bahalaşaraq 284,13 dollara çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR