Ombudsmanın nümayəndələri Tofiq Yaqublu, Mövsüm Səmədov və Sərdar Əlibəyli ilə görüşüb

Ombudsmanın nümayəndələri Tofiq Yaqublu, Mövsüm Səmədov və Sərdar Əlibəyli ilə görüşüb
# 10 oktyabr 2014 08:05 (UTC +04:00)

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə zamanı 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Mövsüm Səmədovla (M.Səmədov Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən, 2 il müddətinə həbsxana rejiminə keçirilib) görüş keçirilib, saxlanma şəraiti araşdırılıb.

13 saylı cəzaçəkmə müəssisəsinin karantin otağında saxlanılan Tofiq Yaqublu da qəbul edilib və vəziyyəti araşdırılıb. Görüş zamanı T.Yaqublu cəzaçəkmə müəssisəsində saxlanılma şəraiti və rəftarla bağlı narazılığının olmadığını bildirib.

Həmçinin 14 saylı cəzaçəkmə müəssisəsində qəbul edilmiş Sərdar Əlibəyli də saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyib.

Bu görüşlər zamanı qaldırılan məsələlərlə əlaqədar Ombudsman tərəfindən müvafiq səlahiyyətli dövlət orqanlarına müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR