Sahil bağının “Cümhuriyyət Bağı”" adlandırılması təklif olunur

Sahil bağının “Cümhuriyyət Bağı”" adlandırılması təklif olunur
# 10 dekabr 2013 14:20 (UTC +04:00)

AQHMC-dən APA-ya verilən məlumata görə, cəmiyyətin İdarə Heyətinin iclasında Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamı yüksək qiymətləndirilib: "İdarə Heyəti üzvləri təşəbbüslə çıxış edərək Sahil bağı (keçmiş “26-lar bağı” ) adlanan sahədə Azərbaycan Cümhuriyyəti qurucularının xatirə abidəsinin qoyulmasını və həmin bağın “Cümhuriyyət Bağı" adlandırılması haqqında prezidentə müraciət etmək qərarı qəbul ediblər".

Bəyanatda abidə xatirəsinin qarşısında əbədi məşəlin qoyulması da təklif edilir: "Bu, bundan sonra gələcək nəsillərin yaddaşında cümhuriyyətimizin qurucularının xatirəsinin əbədi yaşaması üçün bizlərin övladlarımıza gec də olsa, ödəyəciyimiz borcdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR