Gəncədə dəm qazından zəhərlənmə olub

Gəncədə dəm qazından zəhərlənmə olub
# 13 yanvar 2014 11:42 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini dəm qazından zəhərlənib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1989-cu il təvəllüdlü Rasim Heydərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə onu xilas etmək mümkün olub. Hazırda R. Heydərovun vəziyyətinin normal olduğu bildirilir. Məlum olub ki, R. Heydərov yaşadığı evdə vanna otağında olarkən dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR