Azərbaycanda iqtisadi artım 1,6%-ə çatıb

 Azərbaycanda iqtisadi artım 1,6%-ə çatıb
# 17 mart 2014 14:48 (UTC +04:00)

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əlavə dəyərin 50%-i sənaye sahələrində, 8,8%-i tikinti kompleksində, 11,6%-i ticarət və pullu xidmət sahələrində, 6,3%-i nəqliyyatda, 1,9%-i rabitə müəssisələrində, 2,5%-i aqrar bölmədə, 11,9%-i digər sahələrdə yaradılıb.

Əhalinin hər nəfərinə orta hesabla 903,5 manat məbləğində (1 151,9 ABŞ dolları) əlavə dəyər istehsal olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artıb.

Əlavə dəyərin 53,9%-i qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 8,8% artıb, neft-qaz sektorunda isə 5,7% azalıb.

Bu ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 5,4 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% az sənaye məhsulu istehsal olunub. Azalmanın əsas səbəbi neft hasilatında geriləmə ilə bağlıdır. Məhsulun 3,9 mlrd. manatı və ya 71,6%-i mədənçıxarma bölməsində istehsal olunub, 6,8 mln. ton neft və 3,1 mlrd. kubmetr əmtəəlik qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR