İstanbulda polis etiraz aksiyasını gözyaşardıcı qaz və su şırnaqları ilə dağıdıb - VİDEO

İstanbulda polis etiraz aksiyasını gözyaşardıcı qaz və su şırnaqları ilə dağıdıb - <span style="color: red;">VİDEO
# 18 yanvar 2014 22:36 (UTC +04:00)

APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbulun Taksim meydanında təşkil olunan aksiyada 2 minədək etirazçı iştirak edib. Bir neçə etirazçı asayiş keşikçilərinə daş və fişəng atdıqdan sonra polis aksiyanı üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Bir neçə nəfərin saxlanıldığı bildirilir.

Məlumata görə, etiraz aksiyaları həmçinin paytaxt Ankarada, həmçinin Antalya, Bursa, Mersin, Samsun və Eskişəhərdə keçirilib.

Qeyd edək ki, etiraz aksiyası internet istifadəçilərinə qarşı nəzarətin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin əleyhinə çıxış edən siyasi partiyaların nümayəndələri tərəfindən təşkil olunub. Hüquq müdafiəçiləri hesab edirlər ki, bu cür məhdudiyyətlər Türkiyədə əsas hüquq və azadlıqları təhlükə altına atır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR