Poroşenko Obama ilə iyunun 3-də görüşəcək

Poroşenko Obama ilə iyunun 3-də görüşəcək
# 29 may 2014 00:56 (UTC +04:00)

Bakı – APA. Ukraynada keçirilmiş prezident seçkilərinin qalibi Pyotr Poroşenko iyunun 3-də ABŞ prezidenti Barak Obama ilə görüşəcək

APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, görüş Polşanın paytaxtı Varşavada baş tutacaq.

Qeyd edək ki, mayın 26-da Pyotr Poroşenko Ukrayna prezidenti kimi ilk xarici səfərini Polşaya edəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR