Bakı metrosunda yeni hərəkət qrafiki tətbiq olunub

Bakı metrosunda yeni hərəkət qrafiki tətbiq olunub
# 16 dekabr 2013 10:44 (UTC +04:00)

Bu qrafikə görə, gur saatlarda xətdə çıxarılan qatarların sayı artırılıb.

«APA-Economics»in Bakı Metropoliteninə istinadən verdiyi məlumata görə, əvvəl ancaq hərəkətin axşam çağı gur saatlarda stansiyalardan hər iki istiqamətdə 30 qatar keçirdisə, indi bu rejim səhərin gur vaxtlarında da tətbiq edilir və qatarlar arasındakı interval 2 dəqiqəyə («28 May»-«Həzi Aslanov» sahəsində) çatdırılıb.

Qeyd edək ki, günün başqa vaxtlarında da xətdəki qatarların sayında artım var. Bu vaxtlar 24 əvəzinə 26 qatar cütünə hesablanmış qrafik tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR