Kürdəmirdə restoran işçiləri bir-birini bıçaqlayıb

Kürdəmirdə restoran işçiləri bir-birini bıçaqlayıb
# 12 iyun 2014 07:07 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmir rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib. APA-nın məlumatına görə, hadisə bu gün Kürdəmirin mərkəzi bazarının ərazisində yerləşən restoranda qeydə alınıb.

Restoranın aşpazı Şamaxı sakini, 1978-ci il təvəllüdlü Xəlilov Ramin Rasim oğlu və şadlıq sarayının adminisrtaroru Kürdəmir sakini, 1968-ci il təvəllüdlü Həsənov Fizuli Şamil oğlu arasında şəxsi münasibətlər zəminində baş verən dava bıçaqlanma ilə nəticələnib. Hər iki şəxs mətbəxdən götürdükləri bıçaqla bir-birlərinə bir neçə dəfə ağır xəsarətlər yetiriblər. Ramin Xəlilov Kürdəmir Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə, Fizuli Həsənov isə cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR