Bakı. Ramil Məmmədli – APA. “Bəzi qurumlar tərəfindən elə təəssürat yaradılır ki, guya MSK imza vərəqələrinin yoxlanılması prosesində şəffaflığı təmin etmir. Bunun qərəzdən başqa adı yoxdur”. APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (
MSK sədri mətbuat nümayəndələrinə üzünü tutaraq, onun fikirlərinin ictimaiyyətə çatdırılmasını istəyib.
M. Pənahov qeyd edib ki, beynəlxalq müşahidəçilər də daxil olmaqla, ölkə üzrə müşahidəçilik üçün 1886, konkret dairələr üzrə müşahidəçilik üçün isə 5704 müraciət daxil olub və onların hamısı müsbət cavablandırılıb.
Sədr əlavə edib ki, MSK Ədliyyə Nazirliyi ilə birlikdə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində seçki ilə bağlı tədbir keçirəcək.