MDB ölkələri və Gürcüstan vətəndaşlarına Rusiya vətəndaşlığının verilməsi proseduru sadələşdirilib

MDB ölkələri və Gürcüstan vətəndaşlarına Rusiya vətəndaşlığının verilməsi proseduru sadələşdirilib
# 21 aprel 2014 09:50 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, müvafiq qanunu Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Yeni qanuna görə, rus dilini bilən xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiya pasportunun verilməsi qaydaları asanlaşdırılıb. Həmin şəxslərin özləri, yaxud da yaxın qohumları əvvəllər Rusiya Federasiyasında, o cümlədən Rusiya imperiyası və SSRİ-nin tərkibində olan ərazilərdə daimi yaşadıqlarını təsdiq edən sənədi olmalıdır.

Rusiya vətəndaşlığına iddia edən şəxslər həmçinin hazırda vətəndaşı olduğunu ölkənin vətəndaşlığından imtina etməlidir.

Xarici ölkə vətəndaşlığından imtina həmçinin hazırda Rusiyada yaşayan əcnəbilərə müvafiq şərtlərdən (5 il daim Rusiyada yaşamaq və lazımi səviyyədə rus dilini bilmək) yan keçməklə, Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada almaq imkanı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR