Nigeriyada hücum nəticəsində 300 nəfər qətlə yetirilib

Nigeriyada hücum nəticəsində 300 nəfər qətlə yetirilib
# 07 may 2014 18:01 (UTC +04:00)

APA-nın BBC News-a istinadən verdiyi xəbərə görə, qanlı insident Kamerunla sərhəddə yerləşən Borno ştatında baş verib. Hücumun “Boko Haram” qruplaşmasının gerçəkləşdirdiyi güman edilir.

Qeyd edək ki, `Boko Haram` silahlıları aprelin 15-də Nigeriyanın şimalında orta məktəbə hücum edərək 200-dən çox məktəbli qızı oğurlayıb.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkədə fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR