Polşanın Veyxerovo şəhərində “Azərbaycan Günü” keçirilib - FOTO

Polşanın Veyxerovo şəhərində “Azərbaycan Günü” keçirilib - <span style="color: red;">FOTO
# 17 mart 2014 19:27 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, senator Kazimyej Kleina, Veyxerovo povyatının starostası (rayon rəhbəri) Yuzef Reşke və Veyxerovo şəhərinin meri Kjıştof Hildebrandtla görüşüb.

Həsən Həsənov Azərbaycanda son illər görülmüş yenidənqurma işləri, ölkəmizdə keçirilməsi nəzərdə tutulan mötəbər tədbirlər və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda ətraflı məlumat verib. Görüşlərdə Azərbaycanın qısa zaman ərzində nail olduğu uğurlar, Azərbaycanın iştirakı ilə reallaşan regional layihələr və ölkəmizin regionda tutduğu mövqe haqqında danışılıb. Səfir Senator Kazimyej Kleinaya, Veyxerovo povyatının starostası (rayon rəhbəri) Yuzef Reşkeyə (Józef Reszke) və Veyxerovo şəhərinin meri Kjıştof Hildebrandta (Krzysztof Hildebrandt) Azərbaycan-Polşa əlaqələrinin 540 illiyinə və bərpasının 20 illiyinə həsr olunmuş xatirə medalları və səfirlik tərəfindən nəşr olunmuş kitabları təqdim edib.

Veyxerovo şəhərində keçirilən “Azərbaycan Günü” ilə əlaqədar səfir Həsən Həsənov yerli televiziya və radio kanallarına, qəzet və jurnallara müsahibə verib. Polşanın şimal voyevodluqlarında (vilayətlərində) yayımlanan “Norda” televiziya və radiosunun Azərbaycana həsr olunmuş xüsusi buraxılışında Azərbaycan Polşa əlaqələrinin tarixi, müasir Azərbaycan, Azərbaycan mədəniyyəti və incəsənəti, Azərbaycanda turizm sektorunun inkişafı mövzuları haqqında ətraflı məlumat verilib.

Həsən Həsənov Kaşub-Pomorsk Əlyazmalar və Musiqi muzeyində “Azərbaycan Günü” tədbirində iştirak edib. Tədbiri giriş sözü ilə açan muzey direktoru Tomaş Flopke iştirakçılara Azərbaycan-Polşa əlaqələrindən və Azərbaycanda XIX-cu əsrin sonu XX-ci əsrin əvvəllərində yaşayıb yaratmış, polyaklar haqda danışıb.

Senator Kazimyej Kleina öz çıxışında bildirib ki, Azərbaycanın geosiyasi cəhətdən çətin coğrafi məkanda yerləşməsinə baxmayaraq ölkə rəhbərliyi tərəfindən aparılan düzgün siyasət təqdirə layiqdir. Cənab Kleina ölkələrimiz arasında mövcud əlaqələrin dostluq və tərəfdaşlıq əsasında qurulmasını qeyd edib. O, iki ölkə arasında mövcud əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.

Səfir Həsən Həsənov bildirib ki, Azərbaycanın inkişafına töhfə vermiş polyakların xatirəsinə Polşa şəhərlərində xatirə lövhələri, abidələri qurulub və səfirlik tərəfindən Azərbaycan Polşa seriyasında bir sıra kitablar nəşr etdirilib. Ümumilikdə polyak dilində Azərbaycanla bağlı fərqli seriyalarda 25 adda kitab nəşr olunduğu qeyd edilib.

Tədbir çərçivəsində “Müasir Azərbaycan” və “Azərbaycanda Polşa izləri” adlı 36 şəkildən ibarət sərgi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış “Buta” filmi iştirakçıların diqqətinə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR