«Azerfon» şirkətinin baş direktoru Kent Maknili: «Bazarda rəqabətə ən davamlı təkliflər bizdədir»

«Azerfon» şirkətinin baş direktoru Kent Maknili: «Bazarda rəqabətə ən davamlı təkliflər bizdədir»
# 12 sentyabr 2013 07:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) Mobil Nömrələrin Daşınması Sisteminin tətbiqinə başlayıb. Lakin bir müddət sonra hazırda bir sıra nazirliklər arasında bəzi məsələlərlə bağlı danışıqların davam etdiyi, aydın olmayan məqamların olduğu müəyyənləşib. Bu səbəbdən operator bütün bu məsələlərin həllini gözləyir. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «Azerfon» şirkətinin baş direktoru Kent Maknili (Kent McNeley) bildirib.


Sistemin tətbiqi ilə bağlı gözləntilərini bölüşən K.Maknill deyib ki, əslində xarici dövlətlərin təcrübəsinə görə, Mobil Nömrələrin Daşınması Sistemini daha çox korporativ seqmentdə işləyən insanların gözlədiyini söyləmək olar: «Yəni, şirkətlərdə çalışanlar bu sistemin tətbiqini daha çox gözləyirlər. Onlar öz nömrələrinə bağlı olurlar və bu nömrələri dəyişmək istəmirlər».

Şirkətin baş direktoru əlavə edib ki, yeni sistemlə bağlı gözləntiləri müsbətdir: «Çünki bazarda olan ən yaxşı dəyəri biz təklif edirik, rəqabətə ən davamlı təkliflər də bizdədir. Şəbəkəmiz hər zaman yaxşılaşdırılır. Biz şəbəkəmizin təkmilləşdirilməsi üçün hər il on milyonlarla dollar həcmində sərmayə yatırırıq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR