Braziliyada silahlı hücumlar nəticəsində 12 nəfər ölüb

Braziliyada silahlı hücumlar nəticəsində 12 nəfər ölüb
# 14 yanvar 2014 11:08 (UTC +04:00)

Bakı – APA. Braziliyanın San-Paulu ştatında silahlı hücumlar nəticəsində 12 nəfər ölüb.

APA – nın məlumatına görə, bu haqda Boa Informação xəbər yayıb.

Hücumlar Kampinas şəhərində baş verib.

Ölənlər arasında müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşamış şəxslər olub. Onların ya polis, ya da digər cinayətkarlar tərəfindən öldürüldüyü güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR