DSMF-nin Lənkəran şəhər şöbəsinə yeni müdir təyin olunub

DSMF-nin Lənkəran şəhər şöbəsinə yeni müdir təyin olunub
# 27 iyun 2014 13:06 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran şəhər şöbəsinə yeni müdir təyin olunub.

APA-nın cənub bürosunun məlumatına görə, həmin vəzifəyə uzun illər bu təşkilatda sektor müdiri kimi fəaliyyət göstərən Babək Cəfərov təyinat alıb.

Qeyd edək ki, DSMF-nin Lənkəran şəhər şöbəsinin əvvəlki müdiri Maarif Bayramov isə iki həftə öncə Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR