Siyəzəndə yaşayış evi yanıb

Siyəzəndə yaşayış evi yanıb
# 14 mart 2014 11:32 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Bu gün Siyəzən şəhərində yanğın hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Siyəzən şəhər sakini Balayev Eldar Ağamoğlan oğluna məxsus ümumi sahəsi 255 kv. m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağının tavanı 6 kv.m sahədə və içərisində olan ev əşyaları qismən yanıb.

Hadisə yerinə cəlb olunan Siyəzən Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsinin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR