"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişiklik edilib

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişiklik edilib
# 20 iyun 2014 12:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Dəyişikliyə əsasən Azərbaycanda istehsalatda baş vermiş bədbəxt hadisələrə və peşə xəstəliyinə görə sığorta hadisəsinin müəyyən olunması halları artırılıb. Layihəyə əsasən müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnaməyə əsasən də sığorta hadisəsi müəyyən oluna bilər. Sığortaçı sığorta ödənişini bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyəcək.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR