Fələstin prezidenti Azərbaycan prezidentini 28 May - Respublika Günü münasibətilə təbrik edib

Fələstin prezidenti Azərbaycan prezidentini 28 May - Respublika Günü münasibətilə təbrik edib
# 27 may 2014 17:04 (UTC +04:00)

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizi, qardaş Azərbaycan xalqını və hökumətini səmimi qəlbdən təbrik edirəm. Bu bayramın xalqınız və ölkəniz üçün daha böyük inkişaf və rifahla əlamətdar olmasını ən xoş arzularla diləyirik.


Fürsətdən istifadə edərək, azadlıq, öz müqəddəratını təyinetmə və torpaqlarımızın işğalına son qoymaq və müstəqil Fələstin Dövləti qurmaq uğrunda apardığımız mübarizədə göstərdiyiniz qətiyyətli dəstəyə və həmrəyliyə görə Zati-alinizə dərin təşəkkürümüzü çatdırmaq istərdim.


Zati-aliləri, bir daha səmimi təbriklərimizi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik diləyir, xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq münasibətlərinin inkişafını arzulamaqdan sonsuz məmnunluq duyuram”.

Ukraynanın sabiq prezidenti Leonid Kuçma, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Nam, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu, Daşkəndin və Özbəkistanın mitropoliti, Orta Asiya Mitropolit Dairəsinin rəhbəri Vikenti də Azərbaycan prezidentini 28 May - Respublika Günü münasibətilə təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR