Şimali Koreya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Şimali Koreya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
# 08 oktyabr 2013 04:51 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Renxap” agentliyi Şimali Koreya KİV-inə istinadən xəbər yayıb.

Şimali Koreya qoşunları bu həftə planlaşdırılan ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərə cavab olaraq atəş açmaq üçün hazır vəziyyətə gətirilib.

Hərbi təlimlər oktyabrın 8-də başlamalı və iki gün davam etməli idi. Lakin güclü qasırğa onların qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR