ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
# 10 may 2014 08:46 (UTC +04:00)

Bakı – APA. ABŞ Hərbi Hava Qüvvələrinin “Harrier” (McDonnell Douglas AV-8B Harrier) hücum təyyarəsi Arizona ştatında qəzaya uğrayıb.

ABC telekanalının məlumatına görə, ABŞ Federal Mülki Aviasiya İdarəsindən Sakaton şəhəri yaxınlığında, qeyri-yaşayış zonasında hərbi təyyarənin qəzaya uğradığını təsdiqləyiblər.

APA-nın “İTAR-TASS”-a istinadən verdiyi məlumata görə, idarədən bildirilib ki, pilot vaxtında katapult edə bilib. O, sifətindən yaralanıb və xəstəxanaya yerləşdirilib. Həyatı üçün təhlükə yoxdur.

İlkin məlumata görə, qəzaya mühərrikdə yaranmış nasazlıq səbəb olub.

CBS telekanalı xəbər verir ki, bu, 1996-cı ildən indiyədək Arizona ştatında eyni tipdən olan təyyarələrin 10-cu qəzasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR