Lənkəranda zəncirvari qəzada bir nəfər xəsarət alıb, üç avtomobil zədələnib - APA TV

Lənkəranda zəncirvari qəzada bir nəfər xəsarət alıb, üç avtomobil zədələnib - <span style="color: red;">APA TV
# 11 avqust 2013 11:44 (UTC +04:00)

Lənkəran Şəhər Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün saat 19:00 radələrində Lənkəran-Lerik şosesinin 2-ci kilometrliyində, yolun Lənkəran Beynəlxalq Hava Limanı ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayon Kərgəlan kənd sakini İqbal Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil rayonun Şağlakücə kənd sakini Bəylər Fərəcovun idarə etdiyi “KİA Cerato” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Güclü zərbənin təsirindən hər iki avtomobil yolda hərəkətsiz dayanmış, Lənkəran şəhər sakini Adil Məmmədova məxsus “QAZel” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində hər üç avtomobil zədələnib, həmçinin ağır bədən xəsarəti alan “VAZ-2106”-nın sürücüsü İqbal Əliyev Lənkəran Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR