Gəncədə qadını şantaj edən şəxs tutulub - VİDEO

Gəncədə qadını şantaj edən şəxs tutulub - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2015 13:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gəncədə qadını şantaj edərək pul alan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 25-də Gəncə şəhər sakini Ş.M. Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, həmin gün həmyerlisi Anar Məcməddinov onu sosial şəbəkədə rüsvay edəcəyi və ailəsinə böhtan atacağı ilə hədələyərək 530 manat tələb edib, habelə bu il iyul ayından sentyabr ayınadək olan müddətdə 7 min manat pulunu və qızıl əşyalarını alıb.

Şəhərin Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. Məcməddinov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR