Dövlət Baytarlıq Nəzarəti Xidməti: Yarmarkalarda ət məhsulları ilə bağlı narahatedici fakt aşkarlanmayıb

Dövlət Baytarlıq Nəzarəti Xidməti: Yarmarkalarda ət məhsulları ilə bağlı narahatedici fakt aşkarlanmayıb
# 17 mart 2015 13:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Novruz bayramı ilə əlaqədar Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında ət və ət məhsulları ilə bağlı narahatedici fakt qeydə alınmayıb.

Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

O, martın 14-dən etibarən Bakı şəhərində təşkil olunan yarmarkalarda mütəmadi olaraq reydlərin təşkil olunduğunu bildirib: “Yarmarkalarda keçirilən reydlərdə Bakı şəhər Baytarlıq İdarəsinin, habelə 27 baytar sanitar ekspertiza laboratoriyalarının əməkdaşları fəal çalışırlar. Respublikanın digər rayonlarında və rayon mərkəzlərində, eləcə də Sumqayıt və Gəncədə keçirilən yarmarkalarda ət məhsullarına Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tapşırığı əsasında mütəxəssislər nəzarət edirlər”.

Y.Xanvəli bayram ərəfəsində və bayram günləri də daxil olmaqla hər gün mütəmadi olaraq reydlər təşkil olunacağını qeyd edib.

Qeyd edək ki, yarmarkalar martın 19-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR