AMEA-da Elm Tarixi Muzeyi yaradılacaq

AMEA-da Elm Tarixi Muzeyi yaradılacaq
# 29 iyun 2016 11:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Elm Tarixi Muzeyi yaradılacaq.

APA-nın xəbərinə görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin iyunun 29-da Şamaxı şəhərində keçirilən növbəti iclasında qəbul edilib.

Məsələ ilə bağlı tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycanda elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın artırılması, həmçinin Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponantların toplanılması və qorunub saxlanılması, ekspozisiya və sərgilərdə nümayişi məqsədilə AMEA-nın Elm Tarixi İnstitutunun nəzdində Elm Tarixi Muzeyinin yaradılmasına böyük ehtiyac olduğunu bildirib. Akademik muzeylərin Azərbaycan tarixi, ədəbiyyatı, mədəni irsinin qorunub saxlanılması və təbliği işində misilsiz rolundan bəhs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR