Gürcüstanın keçmiş müdafiə nazirindən son ittihamlar götürülüb, o Mixail Saakaşvillinin rəsmi üzr istəməsini tələb edib

Gürcüstanın keçmiş müdafiə nazirindən son ittihamlar götürülüb, o Mixail Saakaşvillinin rəsmi üzr istəməsini tələb edib
# 07 fevral 2013 23:33 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili ona qarşı son illər ərzində həyata keçirilən tədbirlərə görə prezident Mixail Saakaşvillinin rəsmi üzr istəməsini tələb edib.

APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə İrakli Okruaşvili onun üzərindən son ittihamlar götürüldükdən sonra bəyan edib.

Okruaşvilinin sözlərinə görə, ona qarşı irəli sürülən bütün ittihamların saxta olduğu asanlıqla sübuta yetirilib. O qeyd edib ki, yaxın günlər ərzində Mixail Saakaşvillinin ondan rəsmi üzr istəməsini gözləyəcək.

Okruaşvili siyasətə dönəcəyini istisna etməyib. Onun sözlərinə görə, o hələlik bu barədə ətraflı danışmaq istəmir. Hal-hazırda o ailəsini Fransadan Gürcüstana gətirmək niyyətindədir.

Qeyd edək ki, fevralın 7-də məhkəmə İrakli Okruaşvilinin üzərindən son ittihamları götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR