Britaniyada təkrar referendumun keçirilməsi tələbinə dair petisiyanı 2,3 mln. insan imzalayıb

Britaniyada təkrar referendumun keçirilməsi tələbinə dair petisiyanı 2,3 mln. insan imzalayıb
# 26 iyun 2016 05:43 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyada ölkənin Aİ-yə üzvlüyü ilə bağlı təkrar referendumun keçirilməsi tələbinə dair petisiyanı 2 milyondan çox insan imzalayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, petisiya Britaniya parlamentinin saytında dərc edilib. Petisiyanın baxılması üçün 100 min imza toplaması gərək olmasına baxmayaraq, sənədi 2,3 mln. insan imzalayıb.

Petisiyaya iyunun 28-də parlament komitəsində baxılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR