Bank Of Baku

Azərbaycanın yeni daimi nümayəndəsi etimadnaməsini UNESCO-nun baş direktoruna təqdim edib

Fəxrəddin İsmayılov, Xalid əl-Ənani

© APA | Fəxrəddin İsmayılov, Xalid əl-Ənani

# 28 avqust 2026 15:24 (UTC +04:00)

Azərbaycanın UNESCO yanında yeni daimi nümayəndəsi Fəxrəddin İsmayılov etimadnaməsini təşkilatın baş direktoru Xalid əl-Ənaniyə təqdim edib.

APA xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.

Fəxrəddin İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi kimi vəzifəsinin icrasına başladığını qeyd edib.

Qeyd edək ki, Fəxrəddin İsmayılov bu il avqustun 6-da Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR