Bank Of Baku

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib - FOTO

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib - FOTO
# 09 oktyabr 2026 11:45 (UTC +04:00)

Bakıda İsveçrə və Azərbaycan musiqiçiləri və Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbir Bakı Musiqi Akademiyasında İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Proqram çərçivəsində hər iki ölkənin musiqi ənənələrini əks etdirən ənənəvi musiqi nümunələri təqdim olunub. Daha sonra İsveçrə və Azərbaycan musiqiçiləri hər iki ölkəyə məxsus seçilmiş mahnıları birgə ifa ediblər.

Tədbirdə, həmçinin ənənəvi musiqi alətləri haqqında məlumat verilib.

Tədbir çərçivəsində musiqi təhsili, tələbə həyatı və gənc musiqiçilərin peşəkar inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. Açıq sual-cavab sessiyasında iştirakçılar öz təcrübələrini bölüşüb, İsveçrə və Azərbaycanda musiqi təhsilinin xüsusiyyətləri barədə fikir mübadiləsi aparıblar.

Tədbirin əsas məqsədi musiqi vasitəsilə mədəni mübadiləni təşviq etmək, İsveçrə və Azərbaycan gənc musiqiçiləri arasında əlaqələri gücləndirmək olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR