Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb - <span style="color: red;">FOTO
# 07 fevral 2013 14:57 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Fəhd bin Əli əd-Dosərini diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.

QMİ-dən APA-ya verilən məlumata görə, Şeyxülislam Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlərin tarixi köklərə malik olduğunu diqqətə çatdırıb.

O, son illərdə iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiyini, dövlət başçılarının bu məsələyə xüsusi diqqət ayırdığını qeyd edib. QMİ sədri Səudiyyə Ərəbistanı ərazisindəki müqəddəs məkanlara ziyarəti zamanı Azərbaycanlı zəvvarlara göstərilən diqqət və qayğıya görə krallığın rəhbərliyinə təşəkkürlərini çatdırıb. O, ölkələr arasında əlaqələrin möhkəmlənməsinə Fəhd bin Əli əd-Dosərinin bir səfir kimi verdiyi töhfəni yüksək qiymətləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Fəhd bin Əli əd-Dosəri səfir kimi ölkəmizdə çalışdığı müddətdə ona yaradılan şəraitə görə ölkəmizin rəhbərinə minnətdar olduğunu deyib. Diplomat bu illər ərzində Şeyxülislamın mənəvi dəstəyini həmişə hiss etdiyini diqqətə çatdırıb və QMİ rəhbərinə təşəkkürlərini bildirib. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirəcəyini bildirən Fəhd bin Əli əd-Dosəri harada çalışmasından asılı olmayaraq, Azərbaycanı ən xoş hisslərlə xatırlayacağını deyib. Sonda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qonağa xatirə hədiyyəsi təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR