Məmmədyarov: “Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını alqışlayırıq”

Məmmədyarov: “Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını alqışlayırıq”
# 12 iyul 2016 08:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA. “Rusiya-Türkiyə münasibətlərinin normallaşması müzakirə etdiyimiz mövzulardan biri olub. Azərbaycan bunu alqışlayır”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, xoş qonşuluq münasibətləri Azərbaycanın xarici siyasət prioritetinə aiddir: “Hər iki ölkə Azərbaycanın yaxın qonşusudur. Bu ölkələr nə qədər yaxın olarsa, Azərbaycanın inkişafına da bir o qədər müsbət təsir göstərər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR