Gürcüstan həbsxanalarında 66 Azərbaycan vətəndaşı cəza çəkir

Gürcüstan həbsxanalarında 66 Azərbaycan vətəndaşı cəza çəkir
# 04 dekabr 2012 15:32 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın cəzaların icrası və hüquqi yardım naziri Sozar Subari bildirib: “İlin axırınadək amnistiya olacaq. İndiyədək dəqiqləşdirmişik ki, 3500 nəfər məhbus həbsdən azad ediləcək. Bundan başqa, bəzi məhbusların cəzaları yarıbayarı azaldılacaq”.

Onun sözlərinə görə, hazırda Gürcüstan həbsxanalarında 66 Azərbaycan vətəndaşı cəza çəkir. Amnistiyanın onlara da şamil olunub-olunmayacağı barədə suala cavabında S. Subari “Amnistiya etnik mənsubiyyətə görə həyata keçirilmir, əksinə cinayət məcəlləsinin maddələri üzrə tətbiq olunur. Əlbəttə, azad ediləcək məhbusların içində azərbaycanlılar da olacaq”, deyə bildirib.

Nazir orada saxlanılan Azərbaycan vətəndaşlarının ekstradisiyası barədə danışarkən deyib ki, bu barədə Ədliyyə Nazirliyi ilə danışıqlar aparılır: “Danışıqlar aparırıq ki, məhbusların bəzilərini Azərbaycana ekstradisiya edək. Bu işdə bizim nazirlik ikinci dərəcəli rol oynayır. Hər iki ölkənin ədliyyə nazirlikləri çox sıx əməkdaşlıq edirlər. Nəticədə onlar qərar qəbul edərlərsə, biz Azərbaycan vətəndaşlarının ekstradisiya olunması haqqında qərarı yerinə yetirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR