Magistraturaya ərizə qəbulu başa çatıb

Magistraturaya ərizə qəbulu başa çatıb
# 22 fevral 2013 14:17 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, magistraturaya qəbul olmaq istəyən və “Bakalavrın elektron ərizə” formasını dolduran bakalavrların öz ərizələrini təsdiqlətmək üçün ayrılan vaxt 17:00-da başa çatıb. Magistraturaya ərizə qəbulu bu gün saat 17:00-da başa çatır və bu proses üçün ayrılmış vaxtın uzadılması nəzərdə tutulmayıb.

İlkin statistik məlumatlara əsasən, imtahanda iştirak etmək üçün 21622 bakalavr ərizə verib. Onlardan 19079 Azərbaycan bölməsi, 2543 nəfəri rus bölməsi üzrə imtahan verəcək.

Qeyd edək ki, magistraturaya sənəd qəbulu fevralın 11-dən başlayıb. Fevralın 12-dən 22-dək şənbə və bazar günləri istisna olmaqla saat 09:00-dan 17:00-dək bakalavrlar ərizələrini müvafiq Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli idilər. Ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanının birinci mərhələsinin martın 3-də keçiriləcək. Magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi, informatika fənnini və xarici dil bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu zaman bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələdəki nəticələri TQDK-nın minimal tələblərini ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR