Çində yük qatarı relsdən çıxıb, xəsarət alanlar var

Çində yük qatarı relsdən çıxıb, xəsarət alanlar var
# 13 iyun 2016 18:45 (UTC +04:00)

Bakı-APA. Çinin cənub-qərb bölgəsində yük qatarı relsdən çıxıb.

APA-nın xəbərinə görə, bu barədə Çinin CCTV telekanalı məlumat verib.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb, 5 tikili dağılıb. İnsidentin başvermə səbəbləri və təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR