Göyçayda 2-ci sinif şagirdinin bədənində güclü bioenerji aşkarlanıb - FOTO

Göyçayda 2-ci sinif şagirdinin bədənində güclü bioenerji aşkarlanıb - <span style="color: red;">FOTO
# 25 fevral 2013 08:24 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda azyaşlı uşaq bədəninə metal əşyalar yapışdırmaqla hamının marağını cəlb edir. APA-nın məlumatına görə, rayonun Mırtı kənd orta məktəbinin 2-ci sinif şagirdi olan Rəcəb Cəbiyevin bədənində güclü bioenerji aşkar olunub. Səkkiz yaşlı Rəcəb bədəninə metal qaşıqlar, çəngəl və bıçaqlar, açar, mobil telefonlar və digər əşyalar yapışdıraraq son günlər rayonda “Maqnit uşaq” kimi böyük marağa səbəb olub. O sinəsində və kürəyində eyni vaxtda 30-dan artıq metal əşyanı əl vurmadan saxlaya bilir. Ailə üzvləri arasında yalnız Rəcəb Cəbiyevdə olan bu qeyri-adi gücün nədən ibarət olduğu hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR