Azərbaycanda Rusiya vətəndaşının evindən külli miqdarda pul oğurlanıb

Azərbaycanda Rusiya vətəndaşının evindən külli miqdarda pul oğurlanıb
# 25 oktyabr 2014 13:44 (UTC +04:00)

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyasının vətəndaşı, 1961-ci il təvəllüdlü Abbas Rəşid oğlu Abbasov polisə ərizə ilə müraciət edərək bildirib ki, ötən gün 19.15 radələrində keçmiş arvadı, Tərtər rayon sakini, 1965-ci il təvəllüdlü Validə Əli qızı evdən özündə olan açarla daxil olmaqla 12000 manat və evə məxsus sənədləri oğurlayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR