Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi yanında kooperasiya qurumu yaradılacaq - YENİLƏNİB

Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi yanında kooperasiya qurumu yaradılacaq - <span style="color: red;">YENİLƏNİB
# 13 mart 2013 12:28 (UTC +04:00)

Onun sözlərinə görə, kooperasiyalar olmadan kənd təsərrüfatı sahəsində ciddi dönüşə nail olmaq mümkün deyil: «Kooperativlər yeni iş yerlərinin açılmasına, gəlirlərin artmasına, urbanizasiyanın qarşısının alınmasına yardım edəcək».

B.Əliyev vurğulayıb ki, mart ayının sonunda və ya aprelin əvvəlində yeni qanun layihəsinin parlamentin plenar iclasında II oxunuşa çıxarılacağı və tezliklə qəbul olunacağı gözlənilir.

Nazir müavini həmçinin vurğulayıb ki, yaxın vaxtlarda Kənd Təsərrüfatı Nazirliyi yanında kooperasiyası qurumu yaradılacaq. B.Əliyevin sözlərinə görə, yeni qurum kiçik fermer təsərrüfatlarının birləşməsinə və onların fəaliyyətinə kömək məqsədi ilə yaradılır. Həmçinin, kiçik fermer təsərrüfatları vahid şəkildə birləşdikdən sonra istehsalçı, istehlakçı və marketinq problemlərinin həlli üçün ayrı-ayrı kooperativlər yaradılacaq. Kooperativlər isə vahid bir klirinq bank tərəfindən idarə olunacaq. «Bunların başında kənd təsərrüfatı yanında kooperasiyası qurumu yaradılacaq ki, bütün bu işlər buradan tənzimlənəcək. Bu məsələlər «Kənd təsərrüfatı kooperasiyası haqqında» qanun layihəsinin qəbulundan sonra həyata keçiriləcək», - deyə nazir müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR