Azərbaycanın qeyri-həyat sığortası bazarı 6% azalıb

Azərbaycanın qeyri-həyat sığortası bazarı 6% azalıb
# 17 oktyabr 2014 07:57 (UTC +04:00)

Bakı. APA-Economics – Musa Əhmədov. Bu ilin yanvar - sentyabr aylarında Azərbaycanda sığorta haqlarının 237,3 mln. manatı və ya 75,5%-i qeyri-həyat sığortasının payına düşüb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 14,8 mln. manat və ya təxminən 5,9% azalıb.

Qeyri-həyat sığortası üzrə yığımların 22,4 %-i və yaxud 53,2 mln. manatı tibbi sığortanın, 21,6%-i və ya 51,3 mln. manatı avtomobillərin icbari sığortasının, 11,7%-i və ya 27,7 mln. manatı kasko sığortanın, 9,7%-i və ya 23 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,6%-i və ya 13,4 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

2014-cü ilin 9 ayında sığorta bazarındakı ödənişlərin 79,8%-i və ya 92,85 mln. manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 7,35 mln. manat və ya təxminən 8,6% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,9%-i və ya 35,2 mln. manatı tibbi sığortanın, 22,2%-i və ya 20,6 mln. manatı kasko sığortanın, yəni 22,7%-i və ya 21,1 mln. manatı avtomobillərin icbari sığortasının, 6,6%-i və yaxud 6,1 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,7%-i və ya 1,5 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 39,1 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar - sentyabr aylarında 33,9 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR