Balakəndə taxta sexi yanıb

Balakəndə taxta sexi yanıb
# 17 iyul 2014 07:09 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə yanğın hadisəsi baş verib.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Tülü kəndində, Ramiz Ramazan oğlu Bayramovun yaşadığı evin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 180 kv/m olan taxta sexində qeydə alınıb.

Hadisə yerinə FHN-nin Balakən rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində taxta sexinin dam örtüyünün yanar konstruksiyaları 50 kv/m sahədə və içərisinə yığılmış 8 kubmetr taxtanın 2 kubmetri yanıb. Sexin və taxtanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Balakən rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR