Bakıda Avronest Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin iclası başlayıb

Bakıda Avronest Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin iclası başlayıb
# 12 fevral 2013 08:28 (UTC +04:00)

APA-nın məlumatına görə, iclas iştirakçıları əvvəlcə komitənin həmsədrləri - Azərbaycan Milli Məclisinin üzvü Fuad Muradov və Avropa Parlamentinin üzvü İrji Maştalkanın rəhbərliyi ilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra Milli Məclisdə komitə iclasının açılışı olub. F. Muradov toplantıda mühüm məsələlərə toxunulacağını deyib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov çıxışında Azərbaycanın neft-qaz sənayesinin tarixindən, xüsusilə sovet dövründə, II Dünya müharibəsi zamanı Azərbaycanın qələbəyə verdiyi töhfədən danışıb. Müstəqillik illərində Azərbaycanın neft sənayesində yeni dövrə qədəm qoyulduğunu söyləyən E. Nəsirov xatırladıb ki, bu başlanğıc 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi”ndən start götürüb: “Hazırda neftimizi ixrac etmək üçün bir neçə boru kəməri var ki, bunun da ən böyüyü Bakı-Tbilisi-Ceyhan xəttidir. Azərbaycan neftinin ən böyük qismi bu boru kəməri ilə Aralıq dənizi hövzəsinə çıxarılır. Biz bununla neftin diversifikasiyasını təmin etmiş oluruq. Dünyanın əksər bölgələrinə - ABŞ, Kanada, Ekvador, Çili, İndoneziya və bütün Aralıq dənizi hövzəsi ölkələrinə neft satırıq”.

Hazırda Azərbaycanın qaz sənayesinin inkişafına daha çox üstünlük verdiyinə diqqət çəkən E. Nəsirov bildirib ki, “Şahdəniz” təbii qaz yatağı qaz ixracatında mühüm rol oynayır.

İclas davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR