Sabir Rüstəmxanlı: “Bir gün şəhərə tək nömrəli, bir gün də cüt nömrəli avtomobillər buraxılsın”

Sabir Rüstəmxanlı: “Bir gün şəhərə tək nömrəli, bir gün də cüt nömrəli avtomobillər buraxılsın”
# 05 aprel 2013 11:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər müzakirə olunub. APA-nın xəbərinə görə, Dövlət Yol Polisi İdarəsinin rəis müavini Ramiz Hüseynov sükan arxasında danışan sürücülərlə bağlı cərimələrin miqdarının yenidən artırılmasını təklif edib. Sədr Oqtay Əsədov isə xatırladıb ki, keçən il sükan arxasında danışanların cəriməsi 7 manatdan 50 manata qaldırılıb: “Ancaq hara gedirsən, yenə də sürücülər mobil telefonla danışır”.

Vahid Əhmədov yan pərdə ilə istehsal edilən avtomobillərə qadağa qoyulmasının düzgün olmadığını deyib və bu məsələyə aydınlıq gətirilməsini istəyib. Ramiz Hüseynov isə qanunla avtomobillərdə yan şüşələrə pərdə çəkilməsinin qadağan olunduğunu vurğulayıb və deputatın iradı ilə razılaşmayıb. Sabir Rüstəmxanlı da problemə münasibətini açıqlayıb: “Avtomobili pərdəli alan insan problemlə üzləşir. Məcburdurlar ki, şüşəni tam dəyişsinlər. Digər bir problem tıxaclarla bağlıdır. Bir qayda tətbiq olunsun, məsələn, bir gün şəhərə tək nömrəli, bir gün də cüt nömrəli avtomobillər buraxılsın”.

O. Əsədov bu gün Bakının bir çox yerlərində böyük dayanacaqlar tikildiyini xatırladıb: “Bu dayanacaqlar tikildikdən sonra yeni bir qanunun qəbuluna ehtiyac olacaq. Tək nömrə, cüt nömrə məsələsi tıxac problemini həll etməyəcək. Londonda da bu qayda problemi həll etmədi. Nömrəni lazım olanda tək, laxım olanda cüt edəcəklər”.

Sədr ictimai nəqliyyatın təhlükəli idarə edilməsi və digər problemlərlə bağlı həftədə bir dəfə reyd keçirilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR