Azərbaycan ümumdünya turizm reytinqində mövqeyini yaxşılaşdırıb

Azərbaycan ümumdünya turizm reytinqində mövqeyini yaxşılaşdırıb
# 15 mart 2013 13:43 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, iki ildən bir tərtib olunan siyahıda turizm sektorunun liderləri sırasında İsveçrə, Almaniya və Avstriya yer alıb. Reytinqdə dördüncü yerdə əvvəlki siyahıda səkkizinci olan İspaniya qərarlaşıb. Onun ardınca siyahıda Böyük Britaniya, ABŞ, Fransa, Kanada, İsveç və Sinqapur yer alıb. Siyahının ilk onluğunda yer dəyişikliyi olub. Belə ki, Fransa əvvəlki 3-cü yerdən 7-ci, İsveç isə 5-ci yerdən 9-cu yerə düşüb.

Azərbaycan sözügedən reytinqdə 3,97 balla Albaniya və Ermənistan arasında – 78-ci yerdə qərarlaşıb. Əvvəlki siyahıda isə Azərbaycan 83-cü yerdə olub.

Türkiyə öz məşhur kurortları ilə 4 pillə irəliləyərək 46-cı yerdə, Rusiya 4 pillə geriləyirək 63-cü yerdə, Birləşmiş Ərəb Əmirlikləri 2 pilə irəliləyərək 28-ci yerdə, Çexiya əvvəlki kimi 31-ci yerdə, Yunanıstan 3 pillə geriləyərək 32-ci yerdə, Latviya və Litva müvafiq olaraq 3 və 6 pillə irəliləyərək 48-ci və 49-cu yerlərdə, Gürcüstan 7 pillə irəliləyərək 66-cı yerdə, Ukrayna 9 pillə irəliləyərək 76-cı yerdə, Misir 10 pillə geriləyərək 85-ci yerdə, Qazaxıstan 5 pillə irəliləyərək 88-ci yerdə, İran 16 pillə irəliləyərək 98-ci yerdə, Moldova 3 pillə geriləyərək 102-ci yerdə, Qırğızıstan və Tacikistan hərəsi 4 pillə geriləyərək müvafiq olaraq 111-ci və 114-cü yerlərdə qərarlaşıb.

Qeyd edək ki, reytinqdə 140 ölkə yer alıb. Siyahının son 3 yerini Burundi, Çad və Haiti bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR