Heydər Əliyev prospektində 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib

Heydər  Əliyev prospektində 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib
# 22 noyabr 2014 04:48 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2107” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili yol kənarındakı elektrik dirəyinə çırpıb və qəzadan sonra maşın yolun əks istiqamətinə düşüb. Nəticədə sürücü və sərnişini xəsarət alıblar.

Baş verən hadisədən sonra prospektdə yaranan tıxac daha bir qəzaya səbəb olub. Belə ki, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək qarşısında dayanan "Mazda" ya çırpılıb.

Dərhal hadisə yerinə gələn Yol Patrul Xidmətinin əməkdaşları prospektdə nəqliyyatın hərəkətini bərpa edib. Avtomobillər isə, ərazidən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR